Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası ABŞ-ın quruma prezident kimi irəli sürdüyü Ajay Banqanın namizədliyini nəzərdən keçirəcək,
Newscenter.az trthaber-ə istinadən bildirir ki, quruma rəhbərlik etmək üçün başqa kimsə namzidəliyini irəli sürmədiyi üçün Ajay Banqa Dünya Bankının yeni prezidenti seçilə bilər.
Qeyd edək ki, Dünya Bankının prezidenti Devid Malpass hələ fevral ayında dörd illik vəzifəsindən istefa verəcəyini açıqlamışdı. Malpassın qərarından sonra ABŞ prezidenti Co Bayden Mastercard-ın keçmiş baş icraçı direktoru (CEO) Ajay Banqanın Dünya Bankının prezidentliyinə namizədliyini irəli sürüb.
Mehman