Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar


Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Suada Dilberoviç” turnirində 13 medal qazanıblar.

Federasiyadan Newscenter.az-a verilən məlumata görə, onlardan 3-ü qızıl, 5-i gümüş və 5-i bürünc əyarlıdır.

Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.

Oruc
Xəbəri paylaş