Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir dünya ulduzu "Qalatasaray"da -ÖZƏL

Daha bir dünya ulduzu "Qalatasaray"da


Türkiyənin "Qalatasaray" futbol klubu sezona damğa vura biləcək daha bir transfer edə bilər. Newscenter.az haber7.com-aistinadən bildirir ki, İtaliya mətbuatı belə bir iddia ilə çıxış edib.

İddiaaya görə, hazırda sarı-qırmızılıların formasını geyinən məşhur futbolçu Nikolo Zaniolon yaxın dostu Moise Kini "Qalatasaray"a keçməyə razı sala bilib. Mövsümün sonunda "Qalatasaray"da icarə müqaviləsi başa çatacaq Mauro İkardinin yeni mövsümdə İtaliyaya qayıda biləcəyindən dolayı baş məşqçi Okan Burukun Moise Kini heyətdə görmək istədiyi bildirilir.

Qeyd edək ki, Moise Kin bu mövsüm "Yuventus"un heyətində 35 oyuna çıxıb. 23 yaşlı hücumçu 8 qol vurub. Kinin hazırkı bazar dəyəri 20 milyon avrodur.

Oruc
Xəbəri paylaş