Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikadan Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım -ÖZƏL

Amerikadan Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım


ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Vaşinqtonun Kiyevə edəcəyi hərbi yardım ümumilikdə 2 milyard 600 milyon dollar təşkil edəcək.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı açıqlamada hərbi yardıma "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə sursat, Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) üçün əlavə sursat, 155 mm və 105 mm top mərmiləri, 120 mm minaatan mərmiləri, 120 mm və 105 mm tank sursatları, 25 mm-lik sursat, TOW raketləri, 400-ə yaxın qumbaraatan, 11 taktiki xilasetmə maşını, 61 ağır yanacaq tankeri, 10 yük maşını və ağır texnikanın daşınması üçün 10 qoşqu, avtomobillərə texniki qulluq və təmir üçün sınaq və diaqnostika avadanlıqları, ehtiyat hissələri və digər hərbi avadanlıqlar daxildir.

Mehman
Xəbəri paylaş