Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mediası hər zaman prezidentin diqqət və qayğısını öz üzərində hiss edib -ÖZƏL

Azərbaycan mediası hər zaman prezidentin diqqət və qayğısını öz üzərində hiss edib


“Azərbaycan mediası hər zaman dövlətin, şəxsən dövlət başçısının diqqət və qayğısını öz üzərində hiss edib. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkə mediası ildən-ilə daha da inkişaf edir, müasir dövrün tələbləri ilə uyğunlaşır, öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun olaraq qurur”.

Bu fikirləri Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi fonunda da dövlət başçısının media, KİV-ə olan diqqət və qayğısını aydın şəkildə görmək mümkündür:

“Qanuna əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. Hesab edirəm ki, bu imkanlar Azərbaycan mediasına iqtisadi baxımdan yeni bir nəfəs gətirəcək, media subyektlərinin iqtisadi imkanlarını bir qədər də artıracaq”.

Süleyman İsmayılbəyli diqqətə çatdırıb ki, sözügedən qanunda media subyektlərinin 3 illik ƏDV-dən azad edilməsi öz növbəsində KİV=lərdə çalışan mətbuat işçilərinin əmək haqqlarının artımında da özünü göstərə bilər:

“Yəni redaksiya rəhbərləri indiyə qədər verdikləri ƏDV-ni qarşıdakı 3 il müddətdə əməkdaşlarının əmək haqqlarının artımına yönəldə bilərlər”

Mehman
Xəbəri paylaş