Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük skandal: Oruc tutan futbolçu oyundan kənarlaşdırıldı -ÖZƏL

Böyük skandal: Oruc tutan futbolçu oyundan kənarlaşdırıldı


Fransanın "Nant" futbol klubinun baş məşqçisi Antuan Kombouare ciddi etiraza səbəb olacaq bir qərar verib. Newscenter.az haber7.com-a istinadən bildirir ki, baş məşqçi futbol qarşılaşması günü oruc tutmuş 19 yaşlı müdafiəçi Jaouen Hadjamı oyundan kənarlaşdırıb.

Belə ki, "Nant"ın "Reyms"lə mübarizəsindən əvvəl baş məşqçi əlcəzairli futbolçu Jaouen Hadjama oyun günü oruc tutmamağı tövsiyə etsə də, futbolçu buna əməl etməyib. Məşqçi isə əlcəzairli müdafiəçini oyundan kənarlaşdırmaq qərarına üstünlük verib.

"Komandamda oyun günü oruc tutan futbolçu meydançaya çıxa bilməz. Həftə içi oruc tutan futbolçularla bağlı problem yoxdur. Lazım gələrsə, onlara dəstək olmağa hazıram. Bilirik ki, asan vaxt deyil. Amma siz matç günü oruc tutmamalısınız" deyə Antuan Kombouare bildirib.


Oruc
Xəbəri paylaş