Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“CamperPark Həkəri” layihəsi Qarabağ Dirçəliş Fonduna təqdim edilib -ÖZƏL

“CamperPark Həkəri” layihəsi Qarabağ Dirçəliş Fonduna təqdim edilib


İşğaldan azad edilən hər bir şəhər və rayonda olduğu kimi Laçında da geniş quruculuq-abadlıq işləri həyata keçirilir. Laçının dah da inkişaf etdirilməsi, buranın turizm məkanı kimi təkcə Cənubi Qafqaz deyil, eləcə də dünyada tanıdılması məqsədilə rayonda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Belə mühüm layihələrdən biri də “CamperPark Həkəri” layihəsidir.

Layihənin ideya müəllifi, Polşa və Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, Sevara Group şirkətinin rəhbəri Rəşad Quliyevin Newscenter.az-a verdiyi məlumata görə, sözügedən layihə artıq Qarabağ Dirçəliş Fonduna təqdim edilir. Bu prosesdən məmnun olduğunu deyən Rəşad Quliyev "Böyük uğurlara imza atırıq" deyə vurğulayıb.

Qeyd edək ki, Sevara Group tərəfindən Laçın rayonu, Həkəri çayı sahilində həyata keçirilməsi nəzərdə tutulan “CamperPark Həkəri” layihəsinə Dövlət Turizm Agentliyi tərəfindən bir neçə ay əvvəl müsbət rəy verilib. İqtisadiyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyi arasında aparılan müəyyən məsləhətləşmələrdən sonra layihə Qarabağ Dirçəliş Fonduna təqdim olunub.

Anar
Xəbəri paylaş