Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın növbəti terror hədəfi Təbrizdəki konsulluğumuz ola bilər -ÖZƏL

İranın növbəti terror hədəfi Təbrizdəki konsulluğumuz ola bilər


"İranın növbəti terror hədəfi Azərbaycanın Təbrizdəki konsulluğu ola bilər". Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə "Xəbər Mərkəzi" Analitik Qrupu çıxış edib. Qrupdan daxil olan açıqlamada bildirilib ki, bu günlərdə Azərbaycanın Təbrizdəki konuslluğu qarşısında bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Azərbaycanı təhdid edən şüarlar səsləndirməsi belə qənaət formalaşdırır:

"Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktından əvvəl də anoloji hadisə baş vermiş və səfirliyimizin qarşısında etiraz aksiyası keçirilmişdi. Həmin aksiyadan bir müddət sonra isə səfirliyimizə qarşı məlum terror hücumu həyata keçirildi".

Analitik Qrup hesab edir ki, hazırda da eyni ssenari davam edir və Təbrizdəki konsulluğumuz üçün ciddi təhlükə mövcuddur.

Mehman
Xəbəri paylaş