Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunan nazirdən Türkiyəyə mesaj: "Yunanıstanı yaxşı bir müttəfiq olaraq görə bilərsiniz" -ÖZƏL

Yunan nazirdən Türkiyəyə mesaj: "Yunanıstanı yaxşı bir müttəfiq olaraq görə bilərsiniz"


Yunanıstanın immiqrasiya və sığınacaq naziri Notis Mitarakis fevralın 6-da Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrə səfər edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, yunanlı nazir Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə birlikdə Hatayda zəlzələ bölgəsində media üçün verdiyi açıqlamada Türkiyə dövləti və hökumətinin sürətli hərəkət etdiyi və təbii fəlakət zonasında təsəvvür edilə bilməyəcək səviyyədə işlər gördüyünü vurğulayıb.

Türkiyə ilə Yunanıstanın hər zaman qonşu olacağını vurğulayan Mitarakis, "Yunanıstanı yaxşı bir müttəfiq olaraq görə bilərsiniz" deyə vurğulayıb.

Mehman
Xəbəri paylaş