"Hazırda diqqətimiz Ukraynanın Rusiyanın təcavüzündən müdafiəsinə kömək etmək və Rusiyanın işğal etdiyi əraziləri geri alması üçün Ukraynaya yardım göstərməkdir".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken səsləndirib. Blinken qeyd edib ki, həmçinin uzun müddət ərzində Uktaynanın hücumlardan müdafiəsi, eləcə də lazım gələrsə, yeni hücumlarla Kiyevin qalib gəlməsi üçün onun potensialının necə artırıla biləcəyi nəzərdən keçirilir.
Vilnüsdə keçiriləcək NATO liderlərinin sammitində Ukraynanın imkanlarını Alyans standartlarına çatdırmaq üçün atılacaq addımların müzakirə ediləcəyini də bildirən ABŞ dövlət katibi onu da deyib ki, NATO-nun açıq qapı siyasətində heç bir dəyişiklik yoxdur.
Mehman