Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüsseldə partiya binasına polis basqını -ÖZƏL

Brüsseldə partiya binasına polis basqını


Belçika polisi sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın edib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, partiya qərərgahına polis basqını Almaniyada davam edən korrupsiya istintaqı və araşdırmaları çərçivəsində baş tutub.

Basqın zamanı partiya qərargahından kompüterlərin götürüldüyü bildirilir.

Qeyd edək ki, 1976-cı ildə yaradılan Avropa Xalq Partiyası Almaniyanın CDU, Fransanın Respublikaçılar və İrlandiyanın Fine Gael partiyası da daxil olmaqla, Aİ daxilində sağ mərkəzçi və xristian-demokrat partiyaların transmilli koalisiyasıdır.

Mehman
Xəbəri paylaş