Hər 100 manatdan cəmi 1 qəpik.
Bu Azərbaycanla Tacikstan arasında olan ticarət dövriyyəsini xarakterizə edən bir ifadədir. Yəni Azərbaycan xarici ticarətində olan hər 100 manatın cəmi 1 qəpiyi Tacikstanla olan dövriyyədir.
Daha dəqiq desək 2022-ci ildə iki ölkə arasında olan ticarət dövriyyəsi cəmi 6,5 milyon dollarlıq olub. Ticarət dövriyyəsi 56 milyard 212 milyon dollar olan Azərbaycan üçün 6,5 milyon dollar cəmi 0,01% deməkdir. Yəni ki, hər 100 manatdan təxminən 1 qəpik
Potensial budurmu? Xeyr.
Buna görə də Cənab Prezidentin bu ölkəyə rəsmi səfəri təkcə Azərbaycanın multivektoral siyasəti kimi deyil, eyni zamanda mövcud potensialları silkələyib prespektivləri gercəyə çevirmək prosesi kimi qiymətləndirilə bilər.
Həm də Tacikstan Orta Asiya ölkələrindən olsa da Azərbaycanla münasibətlərdə Türkdilli dövlətlərlə birgə qurulan platformaya daxil deyil. Yəni Mərkəzi Asiyanın bütün ölkələrilə münasibətləri yüksəldib Tacikstanı kənarda saxlanılması gözlənilən deyildi.
Düşünürəm ki, 15-ə yaxın vacib sənədlərin imzalandığı bu səfər Tacikstanın özü üçün də çox əhəmiyyətlidir. Ölkə kənd təsərrüfatı nisbətən zəif inkişaf edib. Torpaqların 80 % dan çoxunun irriqasiyaya ehtiyacı var. (irriqasiya (suvarma) — təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir). Amma digər tərəfdən də hidroenerji potensialında zəngin ölkə hesab edilir və dünyada səkkizinci yerdədir. Hidroenerji potensialının reallaşdırılmasında Azərbaycan təcrübəsində yararlanma fürsətləri olacaqdır.
Ümumiyyətlə bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən ticari, nəqliyyat-logistika, investisiya və s. istiqamətlərdə perspektivlər açsa da, amma nəqliyyat-logistika istiqamətinin xüsusu üstünlüyünün olacağını düşünürəm. Çünki, Asiya və Avropa Biləşdirən Şərq-Qərb dəhlizinin 3 qolundan heç biri, yəni nə yuxarı, nə orta və də aşağı dəhlizlərin heç biri Tacikstandan keçmir. Amma yuxarı dəhliz istisna olmaqla, aşağı və yuxarı dəhlizlərə Tacikstanın inteqrasiya olunma imkanları vardı. Olduqca geniş və perspektiv faydalı qazıntı yataqları və xammal iqtisadiyyatı bu dəhlizləri Tacikstan üçün əhəmiyyətli edir və təbii ki, bunun Azərbaycan üçün bir başa müsbət təsirləri və ya tranzit ölkə olaraq faydaları olacaqdır.
Eldəniz Əmirov-iqtisadçı