Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən böyük duzlu suda üzən günəş elektrik stansiyası qurulur -ÖZƏL

Dünyanın ən böyük duzlu suda üzən günəş elektrik stansiyası qurulur


Afrikanın şərqində yerləşən Seyşel adaları dünyanın ən böyük duzlu suda üzən günəş elektrik stansiyasını tikəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Seyşel Adaları Xəbər Agentliyi (SNA) yayıb. Məlumata görə, Fransanın bərpa olunan enerji şirkətlərindən biri ölkənin ən böyük adası Mahenin şərq sahilindəki Providens bölgəsində üzən elektrik stansiyasının tikintisi üçün işlərə başlayıb.

5 meqavatlıq fotovoltaik günəş enerjisi sistemlərinin qurulacağı layihə ilə Seyşel adaları dünyanın ən böyük duzlu su günəş elektrik stansiyasına sahib olacaq. Seyşel adaları hökuməti tərəfindən dəstəklənəcək layihənin 7 ay ərzində tamamlanması planlaşdırılır.

Mehman
Xəbəri paylaş