Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada Makronun Hitlerə bənzəyən rəsmi nümayiş olundu -ÖZƏL

Fransada Makronun Hitlerə bənzəyən rəsmi nümayiş olundu


Fransa prezidenti Emmanuel Makron faşist Almaniyasının lideri Adolf Hitlerə bənzədilib. Newscenter.az haber7.com-a istinadən bildirir ki, Fransada yerli və regional radio stansiyaları şəbəkəsi olan "France Bleu" bu barədə məlumat verib.

Məlumata görə, Lekto ləqəbli qraffiti rəssam Avignon şəhərindəki bir binanın divarına Makronu Hitler kimi təsvir edib. Makronun üzünü “49.3” yazısı və Hitlerə bənzər bığlı təsvir edən qraffiti rəssam yerli mediaya verdiyi açıqlamada qeyd edib ki, “49.3” mətni hökumətin pensiya islahatının parlamentdə səsvermədən keçməsi üçün qüvvəyə miinən Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini xatırladır.

Digər tərəfdən, Lekto, Makronu Pinokkio kimi təsvir edən əsərinə görə antisemit bir sözlə ayrı-seçkilik, şiddət və nifrətə təhrik etdiyi səbəbi ilə sentyabr ayında mühakimə olunacaq.

Mehman
Xəbəri paylaş