Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyə şahzadəsinin diqqəti qalatasaraylı futbolçuda -ÖZƏL

Səudiyyə şahzadəsinin diqqəti qalatasaraylı futbolçuda


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sahibi olduğu İngiltərənin "Nyukasl Yunayted" komandasına yeni transferlər etməyi düşünür.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu məqsədlə şahzadənin diqqəti Türkiyənin "Qalatasaray" futbol klubundadır. Belə ki, vəliəhdin komandanın ulduz hücumçusu Mauro İkardini heyətinə qatmaq istədiyi səslənən iddialar arasındadır.

Hələlik Səudiyyə şahzadəsinin ulduz futbolçunun transferi üçün nə qədər təklif etdiyi açıqlanmır. Məlumat üçün qeyd edək ki, argentinalı futbolçu sarı-qırmızılı forma ilə 16 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Oruc
Xəbəri paylaş