Rəsmi Tokio NATO tərkibində daimi təmsilçilik açmağı qərarlaşdırıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə bir açıqlama ilə çıxış edib.
Yaponiyanın xarici işlər naziri Hayashi Yoşimasa ilə NATO Xarici İşlər Nazirləri Toplantısının iclasından sonra birgə keçirdikləri brifinqdə bunu açıqlayan Hərbi Alyansın baş katibi, Yaponiyanın Rusiyanın Ukraynadakı müharibəsini pislədiyini diqqətə çatdırıb.
Yens Stoltenberq NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını vurğulamaqla yanaşı, "Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı indi sürətləndiririk" deyə fikirlərini tamamlayıb.
Mehman