Türkiyənin "Qalatasaray" klubu futbol aləmində səs-küy yarada biləcək transferlərini davam etdirir. Newscenter.az haber7.com-a istinadən bildirir ki, komanda Fernando Musleradan sonra qapısını xorvatiyalı Dominik Livakoviçə əmanət etmək istəyir.
Dünya Çeçpionatı-2022-də uğurlu çıxışı ilə bütün Avropanın diqqətini çəkən Dominik Livakoviçə iki ciddi iddiaçı var. Xorvatiya mətbuatı uğurlu futbolçu ilə həm "Qalatasaray"ın, həm də "Vilyarreal"ın maraqlandığını açıqlasa da, "Qalatasaray"ın rəsmi təklif etdiyini də xüsusi qeyd edib.
Hazırda transfer dəyəri 14 milyon avro olan Dominik Livakoviçlə Türkiyə klubunun anlaşa biləcəyi də bildirilir.
Oruc