Kanadada hölkm sürən quraqlıq səbəbindən qlobal buğda tədarükü təhlükə altında ola bilər. Newscenter.az trthaber-ə istinadən bildirir ki, nüfuzlu "Bloomberg" dərgisinin ekspertləri bu qənaətddədirlər.
Dərgi Kanadanın Kənd Təsərrüfatı Departamentinin açıqlamasına istinadən yazır ki, ölkənin Alberta, Saskaçevan və Manitoba kimi əsas yaz əkinçiliyi bölgələrində keçən ilin 1 sentyabrından bəri orta hesabla cəmi 60 faizdən də aşağı yağıntı qeydə alınıb. Yağışın olmaması əkin sahələrində buğda və digər dənli bitkilərin istehsalını çətinləşdirir.
Kanada hökumətinin açıqladığı rəsmi rəqəmlərə görə, keçən il ölkədə ümumi buğda istehsalı 33,8 milyon ton olub ki, bu da rekord səviyyəylə dünyada üçüncü yerə yüksəlmək deməkdir, Ancaq bu il istehsalın quraqlıq səbəbindən aşağı düşəcəyi ehtimal olunur.
Natiq