Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq preziddent polisə çağırıldı -ÖZƏL

Sabiq preziddent polisə çağırıldı


Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ifadə vermək üçün polisə dəvət edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sabiq prezident 2021-ci ildə Səudiyyə Ərəbistanından səfərdən qayıdarkən tapılan 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları ilə bağlı ifadə verib.

Bolsonaronun keçmiş nazirlərindən və yaxın dostlarından biri olan Fabio Vangarten sosial media hesabında "Bolsonaro Federal polisin ona qarşı irəli sürdüyü bütün ittihamlarla bağlı sualları çox sakit şəkildə cavablandırdı. Bu, iddialara işıq salmaq üçün əla fürsət idi" sözlərini yazıb.

Bolsonaronun vəkilləri tərəfindən verilən açıqlamada, sabiq prezidentin heç bir qanuna zidd hərəkət etmədiyini bildirib. Sabiq prezident də öz növbəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Qeyd edək ki, 3,2 milyon dollar dəyərində olan daş-qaşlar Bolsonaro Səudiyyə Ərəbistanından qayıdarkən San Paulo Quarulhos hava limanında onun rəhbərlik etdiyi heyət üzvlərindən birinin çantasından aşkar edilib.

Mehman
Xəbəri paylaş