Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq əhəmiyyəti və aktivliyi bir qədər də artan NATO-nun yeni baş katibinin kim olacağı ilə əlaqədar müxtəlif fikirlər səslənir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, "Politico" nəşri səlahiyyət müddəti sentyabrda başa çatacaq Stoltenberqi Avropa Komissiyasının sədri Ursula fon der Leyenin əvəz edə biləcəyini yazıb.
Qeyd olunub ki, alman siyasətçinin Vaşinqtonla münasibətlərinin isti olması, eləcə də əvvəlki illərdə müdafiə naziri postunu tutuması və Avropa Komissiyasının rəhbəri olduğu müddətdə bir çox NATO ölkələrinin liderləri ilə yaxından fon Der Leyenin NATO baş katibi olma şansını artırıb.
Oxşar vəziyyətin Hollandiyanın baş naziri Mark Rutte üçün də keçərli olduğu, lakin Ruttenin NATO-nun baş katibi postunu qətiyyən istəmədiyi bildirilib.
Mehman