Türk müdafiə sənayesinin uzaqdan idarə olunan silah sistemlərinə (RCSS) dünyada marsaq artmaqdadır. Newscenter.az haber7.com-a istinadən bildirir ki, müxtəlif xüsusiyyətlərə malik, alternativ silahlarla təchiz oluna bilən və modul quruluşa malik olan bu sistemlər çətin coğrafi şəraitə tab gətirəcək və sərt relyef mühitlərinə uyğun olaraq hərəkət etmək qabiliyyətinə malikdir.
Hədəfləri aşkar etmək, hərəkət edən hədəfləri izləmək, hədəfin məsafəsini təyin etmək və üzərindəki müxtəlif sensorlar sayəsində yüksək dəqiqliklə atəş açmaq qabiliyyətinə malik olan sistemlər döyüş zamanı personalın təhlükəsizliyini ən yüksək səviyyədə qoruyur. Elə bu səbəbdəndir ki, ICSS-nin tətbiq olunduğu ölkələrin sayı 22-yə yüksəlib
ICSS-lər keçən il Banqladeş və Kosovo kimi yeni istifadəçilərə təqdim edilib. Nigeriya və İraq kimi daha əvvəl UKSS satışı həyata keçirilməyən ölkələrlə yeni müqavilələr imzalanıb.
Mehman