Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

39 yaşında Türkiyə futbolunda tarix yazdı -ÖZƏL

39 yaşında Türkiyə futbolunda tarix yazdı


Türkiyə Futbol Federasiyası 2-ci Liqa komandalarından olan "Vanspor"un qapısını qoruyan 39 yaşlı Haydar Yılmaz "Trabzonspor"un əfsanəvi qapıçısı Şenol Günəşə məxsus rekordu yeniləyib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Haydar Yılmaz ən uzun müddət ərzində qapısından qol buraxmamaq rekordunu qırıb. Belə ki, qapıçı 1113 dəqiqə ərzində qoruduğu tordan topun keçməsinə imkan verməyib.

Qeyd edək ki, bundan əvvəl isə bu rekordu 1112 dəqiqə ilə Şenol Günəş qırıb. Hazırda "Beşiktaş"ın məşqçisi olan Şenol Günəş 1978-79-cu illərdə "Trabzonspor"un qapıçısı kimi 1112 dəqiqə qoldan xilas edib.

Oruc
Xəbəri paylaş