Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda Heydər Əliyevin 100 illiyi ilə bağlı şahmat turniri keçiriləcək -ÖZƏL

Niderlandda Heydər Əliyevin 100 illiyi ilə bağlı şahmat turniri keçiriləcək


Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Azərbaycanla yanaşı, ölkədən kənarda da bir sıra tədbirlər keçiriləcək. Belə tədbirlərdən biri də Niderland Krallığında təşkil olunacaq.

Newscenter.az-a Bünilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov deyib ki, Niderlandda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Şahmat Turniri keçiriləcək:

"Turnirə aprelin 30-da start veriləcək. Turnir 5-10 və 10-15 yaş arası uşaqların iştirakı ilə baş tutacaq. Turnir iştirakçıları kubok, medal və sertifikatla təltif olunacaqlar".

BAK sədri qeyd edib ki, turnir Rotterdam şəhərində fəaliyyət göstərən “Qarabag İdman Klubunun” ofisində keçiriləcək.

Oruc
Xəbəri paylaş