"Suriya probleminin həlli ilə əlaqədar dördlü formatda növbəti görüş may ayının əvvəlində baş tuta bilər".
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Türkiyə XİN rəhbəri hələlik görüşün hansı ölkədə keçiriləcəyinin dəqiqləşdirilmədiyini ssöyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya, Türkiyə, İran və Əsəd rejiminin təmsilçiliyi ilə dördlü formatda ilk görüş Rusiyada keçirilib.
Mehman