Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Kuniko qaz yatağı və ətrafına raket zərbələri endirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, raket hücumu Deyr əz-Zorda yerləşən İranın dəstəklədiyi xarici terror qruplaşmaları tərəfindən həyata keçirilib. Belə ki, raketlərin terrorçu qrupların yerləşdiyi Bukemal şəhərindən atıldığı müəyyən edilib.
Qeyd edək ki, martın 25-də isə İranın dəstəklədiyi digər xarici terrorçu qruplar tərəfindən Ömər neft və Kuniko qaz yataqlarına raket zərbələri endirilmişdi.
Mehman