Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Azərbaycan daxil olmaqla 12 ölkədə kənd təsərrüfatı məhsulları istehsal edəcək -ÖZƏL

Türkiyə Azərbaycan daxil olmaqla 12 ölkədə kənd təsərrüfatı məhsulları istehsal edəcək


Türkiyə Azərbaycan da daxil olmaqla 12 ölkədə kənd təsərrüfatı məhsulları istehsal edəcək. Newscenter.az-ın haber7.com-a istinadən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.

Nazzir "12 “qardaş və könül” ölkədə kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi, bu ölkələrdəki türk iş adamlarının kənd təsərrüfatı istehsalı imkanlarının tanıdılması və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə “ölkə masaları” yaradılıb" deyərək bu 12 ölkəyə Azərbaycan, Əlcəzair, Çad, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Mavritaniya, Özbəkistan, Pakistan, Türkmənistan və Venesuelanın daxil olduğunu söyləyib.

Vahit Kirişçi yaxın vaxtlarda Uruqvay, Qana və Serbiya üçün də investor bələdçilərinin təqdim edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Mehman
Xəbəri paylaş