Ulduz futbolçu Lukas Mouranın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanın sahibi olduğu "Nyukasl Yunayted" futbol klubu ilə anlaşmadan imtina etdiyi bildirilir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, İngiltərə mətbuatı belə bir iddia ilə çıxış edib. İngilis mediasının iddiasına görə, ilkin mərhələdə ulduz futbolçu ilə razılıq əldə olunsa da, lakin son anda Lukas Moura müqavilə imzalamaqdan imtina edərək transfer üçün müraciət etmiş digər komandalara üz tutub.
30 yaşlı futbolçuya talib olan komandalardan biri də Türkiyənin "Qalatasaray" futbol klubudur. Məlumata görə, futbolçu sarı-qırmızılarla transfer görüşməsi üçün vaxt da alıb.
Oruc