Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlin ilk 3 ayında respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıb

İlin ilk 3 ayında respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıb


2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən İES-lərdə 527,3 mln. kVt·st artaraq 7 387,4 mln. kVt·st, SES-lərdə 24,7 mln. kVt·st artaraq 277,9 mln. kVt·st, digər mənbələr üzrə isə 0,3 mln. kVt·st azalaraq 90,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 15,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

3 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 mln. kVt·st (İES-lərdə 6 781,1 mln. kVt·st, SES-lərdə 262,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 mln. kV·st (İES-lərdə 61,5 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st, Günəş ES-də 12,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 613,7 mln. kVt·st təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 31,3 mln. kVt·st, ixracı isə 1 238,9 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 269,4 mln. kVt·st və ya 11,7 % artaraq 2579,3 mln. kVt·st olub. Mart ayında elektrik enerjisinin idxalı 10,2 mln. kVt·st, ixracı isə 402,9 mln. kVt·st təşkil edib.


Sevinc
Xəbəri paylaş