Cənubi Koreya Şimali Koreyadan qaçanları radiasiya testindən keçirəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Cənubi Koreyanın Birləşmə Nazirliyi çıxış edib. Nazirlik bəyan edib ki, Seul Şimali Koreyadan Cənuba qaçanların nüvə sınaqları zamanı radiasiyaya məruz qalıb-qalmadığını müəyyən etmək üçün radisiya testi keçirilməsini zəruri sayır.
Qeyd edək ki, ilkin olaraq Şimali Koreyanın yeraltı nüvə sınaq obyekti Punggye-ri yaxınlığında yaşayan və Cənubi Koreyaya qaçan 89 nəfər radiasiya testindən ekçiriləcək.
Qeyd edək ki, Cənubi Koreya 2017 və 2018-ci illərdə də Şimali Koreyadan qaçanlar üzərində oxşar sınaqlar keçirib.
Mehman