Türkiyənin elektron ticarət (e-ticarət) həcmi 109 faiz artaraq 800,7 milyard lirəyə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyənin Ticarət Nazirliyinin açıqlamasında bu barədə qeyd edilib.
Nazirliyin "Elektron Ticarət Məlumat Sistemi"nin (ETBİS) 2022-ci il məlumatlarına əsasən, Türkiyədə e-ticarət fəaliyyəti ilə məşğul olan 548 min 688 müəssisə var. Bu müəssisələrdən 31 min 320-si ETBİS-də qeydiyyatda olduğu halda, 533 min 19 müəssisə elektron ticarət bazarlarında fəaliyyət göstərir. Bundan əlavə, ETBİS-də qeydiyyatdan keçən saytların sayı 37 min 256-ya çatıb.
Natiq