Avropa Birliyi Rusiyanın “Wagner Group” təhlükəsizlik şirkəti və Rusiya mediası RİA FAN-ı sanksiya siyahısına daxil edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məıumatı Avropa İttifaqı (Aİ) Şurası yayıb. Açıqlamada qeyd edilib ki, Vaqner Qrupu və RİA FAN Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etdiyi səbəbi ilə sanksiya siyahısına əlavə edilib.
Açıqlamada, rusiyalı iş adamı Proqojinin Qəyyumlar Şurasının sədri olduğu RİA FAN-ın Rusiyada hökumətyönlü təbliğat və dezinformasiya aparan xəbər agentliyi olduğu bildirilib.
Beləliklə, Aİ-nin Ukraynaya hücuma görə Rusiyaya tətbiq etdiyi sanksiyalar siyahısında olan şəxslərin 1473, təşkilatların sayı isə 207-yə çatıb.
Mehman