Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa yenidən qarışdı, çoxlu sayda yaralı var -ÖZƏL

Fransa yenidən qarışdı, çoxlu sayda yaralı var


Fransanın paytaxtı Parisdə yenidən gərginlik yaşanıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki. pensiya islahatına qarşı keçirilən etirazlar zamanı polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Baş verən qarşıdurmada 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb. Bu gün ölkə üzrə keçirilən aksiyalarda ümumilikdə 1,5 milyon nəfərin iştirak etdiyi bildirilib. Əsas kütləvi aksiyalar Paris, Nant, Renn və Tuluzada baş tutub.

Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına qədər yürüş ediblər. Etirazçılar əllərində "Fransa prezidenti Emmanuel Makronu təqaüdə göndərək", "İşçilərin ləyaqəti və daha yaxşı dünya üçün buradayıq", "Paris ayağa qalx" və "Makron, gəlib səni evə aparacağıq" şüarları yazılmış plakatlar qaldırıblar.


Mehman
Xəbəri paylaş