İsrail ordusu keçən həftə Qəzza, Livan və Suriyadan atılan raketlərdən sonra ölkə daxilində hava hücumundan müdafiə sistemini gücləndirmək qərarına gəlib.
Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun radiosu məlumat yayıb. Məlumatda bildirilib ki, ordu bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemini gücləndirmək qərarına gəlib və Dəmir Günbəz batareyalarını ölkə daxilində yerləşdirib.
Qeyd edək ki, rəsmi Təl-Əviv Məscidi-Aksa ətrafında baş verən son hadisələr zamanı Livandan ölkənin şimal bölgələrinə 37 raket atıldığını açıqlayıb. Aprelin 8-də isə Colan təpələrinin Suriya tərəfindən İsrailə 3 raket atıldıb.
Mehman