Norveç Rusiyanın Oslodakı səfirliyində çalışan 15 diplomatı “casusluq”da şübhəli bilərək ölkədən çıxarmaq qərarına gəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Norveç Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Açıqlamada
“Persona non qrata” elan edilən 15 rus diplomatın bir an əvvəl ölkəni tərk etmələri tələb edilir.
Qovulan diplomatların fəaliyyətinin diplomatik statusları ilə uyğun olmadığı bildirilir. Qeyd edək ki, Norveç keçən il də casusluq fəaliyyətində şübhəli bilinən üç rus diplomatı ölkədən çıxarmışdı.
Mehman