Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ronaldonu türk məşqçi hazırlaşdıracaq -ÖZƏL

Ronaldonu türk məşqçi hazırlaşdıracaq


Ünlü futbolçu Kriştiano Ronaldonun təmsil olunduğu “Əl Nassr” futbol klubunun baş məşqçi ilə yollarını ayırmasından sonra sözügedən komandanın rəhbərliyi yeni məşqçi axtarışına çıxıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, namizədlər arasında türk məşqçi Ergin Firatın da adı hallandırılır. Hazırda Keniya Milli Komandasını çalışdıran türk məşqçinin “Əl Nassr” futbol klubunun hədəfində olduğu söylənilir.

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, "Əl Nassr" rəhbərliyi türk məşqçi Engin Fıratla yanaşı, xorvatiyalı baş məşqçi Zlatko Daliçlə də maraqlanır.

Oruc
Xəbəri paylaş