Hindistanda koronovirus epidemiyasının ikinci dalğasında aparıldığı xəstəxanada vəfat etdiyi iddia olunan Kalmeş Patidar adlı şəxs iki il sonra evinə qayıdıb.
Newscenter.az-ın haber7.com-a istinadən verdiyi xəbərə görə, Kalmeş Patidarın iki ildir harada olduğu hələlik məlum deyil.
Patidarın qohumu Mukesh Patidar jurnalistlərə bildirib ki, Kamleş Patidar 2021-ci ildə Covid-19 epidemiyasının ikinci dalğasında ağır xəstə olaraq Qucarat Dövlət Xəstəxanasına aparılıb və onun bir neçə gün sonra cənazə mərasimi keçirilib.
Öldüyünü zənn etdikləri Kalmeş Patidarın iki ildən sonra bibisinin qapısını döydüyünü qeyd edən Mukeş Patidar hadisədən bütün ailə üzvlərinin və yaxınlarının şoka düşdüyünü bildirib.
Mukeş Patidar iki il ərzində Kalmeş Patidarın harada olduğu barədə onlara heç bir məlumat vermədiyini deyib.
Mehman