Sudanda əsgərlərlə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurma zamanı ölkənin mədən naziri Məhəmməd Bəşirin evinə raket zərbəsi endirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, nəticədə nazirin iki ailə üzvü həlak olub. Bundan başqa hücum zamanı ikisi mühafizəçi olmaqla 3 nəfər yaralanıb. Nazir Məhəmməd Bəşir isə sağ-salamat xilas edilə bilib.
Qeyd edək ki, paytaxt Xartumda baş verən qarşıdurmalar zamanı Mədən Nazirliyinin binası da hədəfə alınıb. Ümumilikdə, qarşıdurmalar nəticəsində 83 nəfər həlak olub.
Mehman