Türkiyədə seçkilərə sayılı günlər qalarkən xarici media seçkiöncəsi durumu analiz edir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, "New York Times" seçkilərdə Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi sayılan Kamal Kılıçdaroğlunu davamlı olaraq məğlubiyyətə uğrayan bir rəqib kimi xarakterizəe edib.
Məşhur “Policito” jurnalında isə Türkiyədəki seçkilər 2023-cü ilin ən mühüm seçkisi kimi dəyərləndirilib. Dərgi hesab edir ki, 14 may seçkiləri Avropa və Yaxın Şərqdə təhlükəsizlik baxımından çox önəmlidir.
“Policito” yazır ki, “Türk Qandisi” ləqəbli Kamal Kılıçdaroğlu arxasında duran müxalifətlə güvənir:
"Sorğular da göstərir ki, Kılıçdaroğlu Ərdoğan üçün ciddi rəqibdir. Llakin Ərdoğan dövlətin və onun təsisatlarının bütün gücünə sahib olan yaxşı bir bir seçki kampaniyaçısıdır”, deyə dərgi qeyd edir.
Mehman