"Qalatasaray" futbol klubundakı performansları ilə Avropa nəhənglərinin marağına səbəb olan Saca Boeyi alman klubun transfer etmək istədiyi bildirilir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, 22 yaşlı futbolçunu Almaniyanın "Borussiya Dortmund" komandası transfer etmək qərarına gəlib. Sözügedən alman komandasının baş məşqçisi Edin Terziçin sarı-qırmızılıların oyunçusunu çox bəyəndiyini deyib.
Artıq komandanın futbolçu üçün təklif hazırladığı da bildirilir. Alman klubunun qalatasaraylı futbolçuya 15 milyon avro və ya bir qədər də çox təklif edəcəyi bildirilir.
Qeyd edək ki, fransız ulduzun "Qalatasaray"la müqaviləsi 2025-ci ildə başa çatacaq.
Oruc