Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Çin yaxınlaşması Rusiyanın daha da məhv olmasına hesablanıb -ÖZƏL

Rusiya-Çin yaxınlaşması Rusiyanın daha da məhv olmasına hesablanıb


"Ölkələri bir-biri ilə maraqları yaxınlaşdırır. Ölkələr maraqlarından çıxış edib qarşılıqlı münasibətlər qururlar. Bu nöqteyi-nəzərindən çıxış edərək Rusiya ilə Çinin yaxınlaşması və ya onların birləşib Amerikaya qarşı cəbhə alacaqları fikirləri doğru deyildir".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Çinin 3 trilyondan çox illik dövriyyəsinin yarısı Amerika və Avropa ilədir:

"Rusiya ilə isə Çinin mal dövriyyəsinin faizi Qərblə müqayisədə cüzi bir faiz təşkil edir. Rusiya ancaq xammal ölkəsidir. Onu da Rusiya Çinə Ukrayna müharibəsi ilə əlaqəli məcburi şəkildə ucuz qiymətə verir. Müqayisədən də görünür ki, Çin istəsə belə Amerikadan uzaqjaşa bilməz. Çin sadəcə çalışır ki, Rusiyanın özünü saldığı çətin durumundan istifadə etsin. Rusiyanın tamamı ilə zəifləməsi durumunda isə şimal torpaqlarına yiyələnsin".

Azər Qasımov hesab edir ki, heç bir ciddi Rusiya-Çin yaxınlaşması ola bilməz:

"Bu durumda Çinin özü Rusiyadan pis duruma düşər. Rusiyanı Ukrayna cəbhəsində heç bir qüvvə artıq məğlubiyyətdən qurtara bilməz. Rusiyanın məgər Çindən az silah-sursatıvar idi? Bununla belə bunlar heç bir işə yaramadı. Məsələ silahdan çox əvvəl əsgərlərin ruhunda, sonra isə silahların müasirliyindədir".

Politoloq onu da qeyd edib ki, Çin Rusiyaya tank-top verə bilər:

"Bundan Rusiyada da var. Onların necə ovlandığını da hamı görür. Odur ki, Rusiya-Çin yaxınlaşması Rusiyanın daha da məhv olmasına hesablanıb. Çin razı olmaz ki, Rusiya düşdüyü bataqlıqdan çıxa bilsin, həm də onun dəstəyi ilə. Çin Rusiyanı batırıb torpaqlarını ələ keçirmək planları qurur".

Anar
Xəbəri paylaş