Abdulla Avcı ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışlarını davam etdirən "Trabzonspor" özünə yeni məşqçi tapıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu xorvatiyalı Nenad Bjelikadır. Artıq komanda rəhbərliyinin yeni məşqçi ilə danışıqlarının başa çatdığı və tərəflər arasında müqavilənin imzalanma mərasimində olduğu qeyd edilir. Xorvatiyalı çalışdırıcının bu axşam Türkiyədə olacağı gözlənilir.
Qeyd edək ki, Bjelika Zaqreb “Dinamo”sunda işlədiyi müddətdə böyük uğurlar qazanıb. Məşqçilik karyerasının bu mühüm dövründə Bjelikanın rəhbərliyi altında Zaqreb “Dinamo”su ümumilikdə 99 oyun keçirib. Həmin oyunlarda Zaqreb "Dinamo"su 71 qələbə, 15 heç-heçə və 13 məğlubiyyətlə diqqət çəkib.
Oruc