Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika konqresmenləri Tiktokun qadağan olunmasını istəyirlər -ÖZƏL

Amerika konqresmenləri Tiktokun qadağan olunmasını istəyirlər


ABŞ-da bir qrup Respublikaçı konqresmen Çin sosial media platforması olan TikTok-un qanunvericilər tərəfindən istifadəsinin qadağan olunmasını təklif edib.

Newscenter.az trthaber-ə istinadən bildidir ki, Respublikaçı senator Tom Tillisin və Nümayəndələr Palatasının təmsilçisi Den Krenşavın rəhbərlik etdiyi 17 respublikaçı konqresmen Senatın Qaydalar və İdarəetmə Komitəsinin və Nümayəndələr Palatasının Rəhbər Komitəsinin liderlərinə qanunvericilərə TikTok-dan istifadənin qadağan olunması ilə bağlı çağırış edib.

Konqresmenlər bildiriblər ki, amerikalıların məlumat məxfiliyi və casus proqram tətbiqləri risklərini azaltmaq üçün Konqresin bütün üzvləri dərhal TikTok-dan istifadəni dayandırmalıdırlar.

Mehman
Xəbəri paylaş