Mövsümün əvvəlində "Beşiktaş"ın heyətinə qatılan Cekson Muleka gözlənilən nəticəni verə bilməyib. Futbolçu üçün 177 milyon TL xərcləyən klubun bundan sonra hansı qərarı verəcəyi maraq doğurur.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, 23 yaşlı konqolu hücumçunun oyunlarda ortaya qoyduğu performans klub rəhbərliyini qane etmir. Hətta "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin zəif oyun göstərdiyinə görə, Mulekanı tənqid etdiyi də bildirilir.
Qeyd edək ki, klub Belçika təmsilçisi "Standard Lyejdən" Mulekanı 3,35 milyon avroya transfer edib. "Beşiktaş" ulduz futbolçuya 5 il üçün 5 milyon avro verib.
Oruc