Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadi böhran seçkilərin ertələnməsinə səbəb oldu -ÖZƏL

İqtisadi böhran seçkilərin ertələnməsinə səbəb oldu


Livan parlamenti iqtisadi böhran səbəbindən yerli seçkiləri bir il daha təxirə salmaq qərarına gəlib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Livan Assambleyasının Rəyasət Heyəti bu barədə məlumat açıqlayıb.

Assambleyanın Rəyasət Heyətinin iclası zamanı keçirilən səsvermə ilə seçkilər 31 may, 2024-cü ilə qədər təxirə salınıb. Buna səbəb kimi ölkədə maliyyə və maddi-texniki imkanların yetərli səviyyədə olmaması göstərilib.

Məlumat üçün qeyd edək ki, Livanda yerli seçkilər 2022-ci il, may ayının 15-də ümumi seçkilərlə birlikdə keçirilməli idi. Lakin Assambleya qitisadi böhran səbəbi ilə seçkini 2023-cü ilin may ayına təxirə salmışdı.

Mehman
Xəbəri paylaş