“İran sözdə Azərbaycanla münasibətləri normallaşdırmaq, yaranmış gərginliyi aradan qaldırmağa maraqlı olduğunu bildirsə də, lakin əməldə bunun əksini sərgiləyir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, Tehranın səmimiyyətinə o zaman inanmaq olar ki, Azərbaycana yönəlik təhdidlərdən əl çəksin, bu ölkədəki Azərbaycan səfirliyinə qarşı həyata keçirdiyi terror aktına görə Bakıdan üzr istəsin və cinayətkarların qanun qarşısında cəzalandırılmasını təmin etsin:
“Təəssüflər olsun ki, biz bunların heç birini müşahidə etmirik. Əksinə İran rəsmilərindən müntəzəm olaraq yenə də Azərbaycana qarşı təhdid dolu fikirlər səslənir, Ermənistanı himayə edən gedişlər edilir”.
İctimai Birlik sədri hesab edir ki, İranın xarici işlər nazirinin müntəzəm olaraq azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng etməsi də gözdən pərdə asmaq, guya Bakı ilə qonşuluq münasibətlərini inkişaf etdirmək görüntüsü yaratmaqdan başqa bir şey deyil.
Mehman