Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb.
V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.
Bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.
O, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.