12 illik fasilədən sonra Səudiyyə Ərəbistanı-Suriya münasibətlərində bir ilk yaşanıb. Newscenter.az haber7.com-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan Suriyaya səfər edib. Səfər çərçivəsidə səudiyyəli nazir Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Məlumat üçün qeyd edək ki, 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik əlaqələri kəsib.
Keçən həftə isə Suriyanın xarici işlər naziri Feysəl Mekdad Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) xarici işlər nazirləri, həmçinin Misir, İordaniya və İraqlı həmkarları ilə görüşüb.
Mehman