"Birləşmiş Ştatlar Çinin Tayvana hücumuna qarşılıq verməyə hazırdır".
Newscenter.az haber7.com-a istinadən bildirir ki, ABŞ Hind-Sakit Okean Qüvvələrinin (INDO-PACOM) komandanı admiral Con C. Aquilino belə bir açıqlama verib.
Çinlə qarşıdurmanı alovlandırmadan Pekinin qarşısını almaq üçün çalışmağın lazım olduğunu ifadə edən amerikalı general regionda mümkün münaqişəyə qarşı hər gün hərəkət etməyin vacibliyini vurğulayıb.
Sakit okeanda müharibənin qaçılmaz olmadığını ifadə edən Aquilino, bölgədə ortaya çıxan problemlərin sülh və rifahı təhdid etdiyini də deyib.
Mehman