Qərbi Afrikada 48 milyon insan aclıq astanasındadır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) belə bir xəbərdarlıqla çıxış edib.
Açıqlamada Qərbi və Mərkəzi Afrikada 48 milyon insanın qarşıdakı aylarda kəskin qida çatışmazlığı ilə üzləşəcəyi vurğulanıb.
BMT hesab edir ki, Ukraynadakı müharibə dünyanın yoxsul bölgələrində qida və gübrə qıtlığına səbəb olub. Bu da sözügedən regionda qida çatışmamazlığını daha qabarıq şəkildə göstərib.
“BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP), Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Uşaq Fondunun (UNICEF) təqdim etdiyi regional ərzaq təhlükəsizliyi təhlilinə əsasən, qidaya müntəzəm çıxışı olmayan insanların sayı xeyli artıb, avqust ayında isə bu rəqəm 48 milyona çatacaq.
Təşkilat Mali və Burkino Faso kimi ölkələrdə aclıq təhlükəsinin daha böyük olduğu qənaətindədir.
Mehman