Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək olan müddətdə Ukraynaya 2,7 milyard avro dəyərində hərbi texnika göndərib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə məlumat Almaniya federal hökumətinin rəsmi saytında yer alıb. Məlumatda Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsi məqsədilə bu ölkəyə "Patriot" sistemlərinin də göndərildiyi də yer alıb.
Bundan başqa Ukraynaya 16 “Zetros” markalı yük maşını və daha 2 sərhəd mühafizə maşınının göndərildiyi bildirilib.
Mehman